“Donetsk vilayətində 250-yə yaxın xarici muzdlu döyüşçünü məhv etdik” - Konaşenkov

donetsk-vilayetinde-250-ye-yaxin-xarici-muzdlu-doyuscunu-mehv-etdik
Oxunma sayı: 2571

Rusiya Ukraynanın Donetsk vilayətində 250-yə yaxın əcnəbi muzdlu döyüşçünün məhv edildiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama yayıb.

Ukraynanın Donetsk bölgəsində muzdlu döyüşçülərin müvəqqəti yerləşdiyi mərkəzin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirən Konaşenkov, “Hücumda 250-yə qədər xarici yaraqlı, 7 zirehli maşın və 12 xüsusi texnika məhv edilib” deyib.

Ukrayna ordusuna məxsus 14 qərargah, 3 sursat və yanacaq çəninin Rusiya hava döyüş taktiki birlikləri, raket və artilleriya bölmələri tərəfindən məhv edildiyini qeyd edən Konaşenkov, 6 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.