Donetskdə dinc sakinlər öldürüldü

donetskde-dinc-sakinler-olduruldu
Oxunma sayı: 928


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, avqustun 16-sı Donetsk şəhəri atəşə məruz qalıb. Şəhər Şurasının yaydığı məlumata görə, sutka ərzində baş verən atışmalar nəticəsində 10 nəfər dinc sakin ölüb, 8 nəfər yaralanıb.

Donetskdə avqustun 16-dan 17-nə keçən gecə də gərgin keçib. Şəhərin gülləbaran edilməsi nəticəsində yaşayış evləri xəsarət alıb. Bu günün məlumatına görə, şəhərdə gərginlik davam edir.

Bu gecə həmçinin terrorçuları Luqansk vilayətində antiterror əməliyyatçılarının MiQ-29 qırıcı təyyarəsini vurublar. Pilot təyyarədən tullanmağa müvəffəq olub. Bu gün Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin görüşü baş tutacaq. Görüşdə bir sıra məsələlər, o cümlədən Rusiya yardım yüklərinin Donetskə buraxılması müzakirə ediləcək.