Ukraynanın şərqində, separatçıların nəzarətində olan Donetsk vilayətində donuz qripindən 26 nəfər ölüb.
“Qafqazinfo” azadlıq.org-a istinadən xəbər verir ki, yerli KİV bütün məktəblərin yanvarın 30-dək bağlandığını yazır.
Ukraynanın Səhiyyə Nazirliyi yanvarın 19-da H1N1 virusundan ölkədə ümumilikdə 51 nəfərin öldüyünü bildirmişdi.
Qeyd edək ki, bu virus Rusiya, Ermənistan, Qazaxıstan və Gürcüstanda da peyda olub.
Ermənistanda bu virusdan azı 16 nəfərin öldüyü bildirilir.
Həmçinin İran və Türkiyədə donuz qripindən ölənlər var.
İranda bu virusdan 45-dən çox adam vəfat edib.
Son xəbərlər
Son Xəbərlər