Donetskdə raket zərbələri zamanı 43 nəfər öldü - Video

donetskde-raket-zerbeleri-zamani-43-nefer-oldu
Oxunma sayı: 2440

Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Çasovoy Yar şəhərindəki çoxmərtəbəli binaya raket zərbələri nəticəsində ölənlərin sayı 43-ə çatıb.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Donetsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb:

“Saat 18:00-a olan məlumata görə, Baş İdarənin əməkdaşları beşmərtəbəli yaşayış binasının dağıntıları altından biri uşaq (təxminən 9 yaşlı oğlan) olmaqla 43 nəfərin meyitini çıxarıblar”.

Həmçinin məlumatda qeyd edilir ki, dağıntılar altından 9 nəfər xilas edilib.