Donetskdə Rusiyanın “S400”ü vurulub - Video

donetskde-rusiyanin-s400u-vurulub
Oxunma sayı: 3943

Ukrayna Silahlı Qüvvələri Donetskdə Mospino aerodromu yaxınlığında Rusiya ordusunun mövqelərinə zərbələr endirib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, zərbələr 5 “ATACMS” ballistik raketləri ilə endirilib.

Raketlərlə Rusiya ordusuna məxsus “S300/400” zenit raket kompleksinin buraxılış qurğusu, eləcə də digər vacib hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarıldığı bildirilir. Şəxsi heyət arasında itki olmadığı vurğulanıb. 

Ukraynanın teleqram kanallarında “S400” sisteminin raketləri vurmağa çalışdığı, lakin buna nail olmadığını əks etdirən görüntülər yayılıb.