“Donuz qripi” Gürcüstanda daha bir can aldı

donuz-qripi-gurcustanda-daha-bir-can-aldi
Oxunma sayı: 707

Gürcüstanın paytaxtı Tiflisdə "donuz qripi"nin yaratdığı pnevmoniyadan daha bir nəfər ölüb.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinə istinadən "İnterfax" agentliyi məlumat yayıb.

Mərkəzin məlumatına görə, bu, ölkədə "H1N1" virusundan 7-ci ölüm faktıdır.

Ümumilikdə, Gürcüstanda qış mövsümündə vətəndaşlar arasında "donuz qripi"nə 186 yoluxma halı qeydə alınıb.