“Donuz qripi” Gürcüstanda neçə nəfərin ölümünə səbəb olub?

donuz-qripi-gurcustanda-nece-neferin-olumune-sebeb-olub
Oxunma sayı: 1866

Əhali arasında “donuz qripi” adlandırılan A(H1N1) virusu ötən ay Gürcüstanda 13 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rustavi” kanalı məlumat açıqlayıb.

Məlumata görə, virus səbəbindən ölkənin bütün böyük klinikaları karantin altına alınıb və hazırda bütün tibbi müssəsisələr gücləndirilmiş rejimdə çalışır:

Bundan başqa, ümumilikdə 162 nəfərdə yoluxma halı qeydə alınıb.

Gürcüstan Səhiyyə Nazirliyi əhalini mövsümi peyvəndlər olunmağa, gigiyenik qaydalara riayət etməyə və qrip əlamətləri olduqda dərhal xəstəxanaya getməyə çağırıb.