Doqquzmərtəbəli binada yanğın- - 5 nəfər təxliyyə olundu

doqquzmertebeli-binada-yangin-
Oxunma sayı: 3335


“Qafqazifo” FHN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 87 kv.m olan 2 otaqlı evin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb. 

Yanğın zamanı mənzildən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.