"Qafqazinfo" xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) Trend-ə verilən məlumata görə, Bakının Cəfər Cabbarlı küçəsində, metronun “Nizami” stansiyasının yaxınlığındakı doqquzmərtəbəli binalardan birində yanğın baş verib.
İlkin məlumata görə, yanğının binanın damında baş verdiyi bildirilir.
Hadisə yerinə bir neçə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib.
***
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda yanğının qarşısı alınıb.
Fotolar ans press-ə məxsusdur:
Son xəbərlər
Son Xəbərlər