Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid olduğu müəyyənləşib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlu oktyabrın 1-dən itkin düşüb. Dörd aydan sonra onun nəşi tapılaraq ailəsinə təhvil verilib.
Şəhid Cavidan Məmmədli bu gün doğulduğu rayonda dəfn ediləcək.
Son xəbərlər
Son Xəbərlər