Bu gün Avropa liderləri Suriyadakı situasiyanı müzakirə etmək üçün telefon əlaqəsi yaradacaqlar.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, prezident Putinlə söhbətə Almaniya kansleri Angela Merkel, Britaniya baş naziri Devid Kemeron və Fransa dövlət başçısı Fransua Ollandla yanaşı, beşinci liderin də qoşulacağı gözlənilir. Beşinci tərəfin Obama olub-olmayacağı ilə bağlı suala Putinin mətbuat katibi Dmitri Peskov “xeyr” cavabını verib. Onun sözlərinə görə, eyni tərkibdə qərb liderləri artıq Obama ilə bu mövzunu müzakirə ediblər. Bu gün isə onlar Putinlə müzakirələr aparacaqlar.
Ekspertlərin fikrincə, dörd ölkə lideri Suriyada kimin terrorçu hesab olmasını müzakirə edəcəklər.
Son xəbərlər
Son Xəbərlər