Dörd fəsil bir arada - Fotosessiya

dord-fesil-bir-arada-fotosessiya-
Oxunma sayı: 806

Dünən otelin KİV nümayəndələri üçün təqdimatı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, təqdimatı “Four Seasons Hotel Baku”nun PR Meneceri Aynur Məmmədova açıb. Sonra otelin baş meneceri Tarik Murad çıxış edib və otel barədə ətraflı məlumat verib. Bildirib ki, oteldə 29-u lüks olmaqla 171 nömrə var. Lüks nömrələrdən 2-si prezident nömrəsidir. Otelin 8-ci mərtəbəsində yerləşən prezident nömrələri digər otaqlardan böyük ölçüləri ilə fərqlənir. “Xəzər” və “Liman” adlanan otaqların hər birinin sahəsi 284 kv. metrdir. Oteldə otaqların qiymətləri 300 manatdan başlayır.
Prezident nömrələrində qiymət 6000 manatdır. Otelə böyük və kiçik banket zalları, işgüzar və ictimai görüşlər və tədbirlər üçün 5 konfrans zalı (“Şur”, “Cahargah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər” ) daxildir. İki ziyafət zalı da Azərbaycan milli muğamlarının adı ilə “Segah” (500 nəfərədək) və “Rast” (390 nəfərədək) adlandırılıb.

Qeyd edək ki, 350 işçisi olan “Four Seasons Hotel Baku” məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyadakı 86-cı otelidir. “Four Seasons Hotel Baku” oteli Azərbaycanın “Pasha Holding” şirkətlər qrupuna daxildir.

Nigar Məmmədli
Fotolar müəllifindir