Dörd gün əvvəl derbidə oynamışdı - Evində ölü tapıldı

dord-gun-evvel-derbide-oynamisdi
Oxunma sayı: 2946

Yunanıstan millisinin və “Panatinaikos” klubunun futbolçusu Corc Baldok evində ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

31 yaşlı oyunçu evinin hovuzunda boğulub.

Belə ki, onun İngiltərədə yaşayan həyat yoldaşı futbolçu ilə əlaqə saxlaya bilmədikdə narahat olub. Bundan sonra ortaq dostlarından biri Baldokun Afinadakı evinə gedib və onu hovuzda ölü tapıb.

O, sonuncu dəfə dörd gün əvvəl “Panatinaikos”un “Olimpiakos”u (0:0) qəbul etdiyi derbidə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Corc əvvəllər İngiltərədə “Şeffild Yunayted” klubunda çıxış edib. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirmişdi.