Dörd il öncə itkin düşüb - Foto

dord-il-once-itkin-dusub
Oxunma sayı: 2368

Xaçmaz rayonunda dörd il əvvəl itkin düşən şəxs axtarılır.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 46 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Zaur Həmidovun əlamətləri belədir: Boyu 172 sm., orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır. O, ruhi əsəb xəstəliyindən əziyyət çəkir.  

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.