Dörd min dollarlıq yəhər oğurlayanlar saxlanıldı

dord-min-dollarliq-yeher-ogurlayanlar-saxlanildi
Oxunma sayı: 2389

Bakıda at yəhərini oğurlayan şəxslər saxlanıldı.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Binə Atçılıq” MMC-yə məxsus yardımçı təsərrüfatdan 4000 ABŞ dolları dəyərində 2 ədəd yəhər oğurlanıb.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri T.Musayev və K.Ələkbərov saxlanılıb.