Dörd nəfəri it dişlədi

dord-neferi-it-disledi
Oxunma sayı: 1375

Siyəzən rayonunda 4 nəfəri it dişləyib.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, rayonun Sədan kənd sakinləri 4 yaşlı Süleymanlı Koroğlu İslam oğlu, 10 yaşlı Məmmədzadə Amin Şabəddin oğlu, 49 yaşlı Səfərov Namiq Şahbala oğlu və 49 yaşlı Qasımova Sənəm Rasim qızı  Siyəzən Regional Diaqnostika Mərkəzinə gətiriliblər.

Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Sözügedən 4 nəfəri eyni it dişləyib. İt Sənəm Qasımovanı dişlədikdən sonra isə ölüb.