Dörd nəfərin öldüyü qəza ilə bağlı rəsmi - Açıqlama

dord-neferin-olduyu-qeza-ile-bagli-resmi
Oxunma sayı: 6223

Daxili İşlər Nazirliyi (DİN) Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Aqşin Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əhmədov və sərnişinlərdən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölüb.

Digər avtomobilin sürücüsü A. Abdulllayev də daxil olmaqla daha 6 sərnişin xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.