Dörd oğru tutuldu

dord-ogru-tutuldu
Oxunma sayı: 1255

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B.Qəhrəmanova məxsus avtomobildən noutbuk, maqnitofon və bankomat kartı oğurlayan şəxslər tutulub. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Səngəçal qəsəbə sakinləri olan 4 nəfər bundan əlavə, rayon ərazisindəki evlərin birindən məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda da şübhəli bilinirlər.