Dörd ölkənin kinematoqrafları Prezidentlə xanımına müraciət etdi

dord-olkenin-kinematoqraflari-prezidentle-xanimina-muraciet-etdi
Oxunma sayı: 5474

Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqrafları Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya müraciət ediblər.

"Qafqazinfo" xəbər verir ki, müraciətdə bildirilir: 

"Biz, Böyük Britaniya, İtaliya, Portuqaliya və Türkiyədən olan kinematoqraflar 2011-2012-ci illərdə “Bakı, səni sevirəm” adlı beynəlxalq layihə işləyib hazırlamışıq. Çəkilişlər Azərbaycanın paytaxtı Bakıda həyata keçirilib. Bakının gözəlliyinə və azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq!

Son günlər Azərbaycandan gələn xəbərlər bizi narahat edir. Gəncə şəhərinə raket hücumu nəticəsində günahsız insanların həyatını itirməsi bizi çox üzdü. Qurbanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildiririk.

Baş verənlər bizi hiddətləndirib! Müasir dünyamızda belə hallar olmamalıdır!

Sizə və gözəl xalqınıza mənəvi dəstəyimizi ifadə etmək istərdik. Səmimi-qəlbdən arzu edirik ki, müharibə tezliklə başa çatsın. Qoy, Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı əbədi olsun!

Biz Sizinləyik!

Hörmətlə,

Türkiyədən aktrisa Eyşan Özhim

Portuqaliyadan rejissor Andre Badalo

İtaliyadan aktyor Alesandro Bertoluçi

İngiltərədən rejissor Aleksandr Fodor

Türkiyədən prodüser Nadir Maçanov"