Moskvada Rusiya, Türkiyə, Suriya və İranın XİN rəhbərləri arasında görüş keçirilib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, iclas zamanı Rusiyanın XİN rəhbəri Sergey Lavrov dördtərəfli danışıqların vacib olduğunu bildirib.
Bununla yanaşı, Lavrov suriyalı qaçqınların öz ölkələrinə təhlükəsiz qaydada geri qayıtmasına töhfəni hər 4 ölkə üçün prioritet adlandırıb.
Xatırladaq ki, iclasdan əvvəl S. Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirib.
Son xəbərlər
Son Xəbərlər