Dörd ulduzlu “Qafqazinfo”... - - Fotolar

dord-ulduzlu-qafqazinfo-
Oxunma sayı: 2716

Dəyərli “Qafqazinfo” oxucuları!

Bu gün saytımızın fəaliyyətə başlamasının 4 ili tamam olur. 4 il bundan əvvəl xəbər saytı kimi fəaliyyətə başlayan “Qafqazinfo” həmin vaxt oxuculara söz verdiyi bütün vədlərə sadiq qaldı. Biz saytımızda bütün ictimai, siyasi, sosial və dini qrupların bərabər şəkildə öz xəbərlərini yaymaq, qarşı tərəf olaraq öz fikirlərini oxuculara çatdırmaq haqlarını tanıdıq. Virtual məkanın sürətlə inkişaf etdiyi bir məqamda “Qafqazinfo” sayt bolluğu içərisində özünə ön yerlərdən birini tutmağa nail ola bildi. Təbii ki, bunlar redaksiya kollektivinin peşəkarlığı və oxucu sadiqliyinin nəticəsində ortaya çıxan bir faktor idi. Biz bu müddət ərzində heç bir oxucunun haqlı tələbi və təklifinə biganə qala bilmədik. Və nəticədə saytımızı kütləvi şəkildə ziyarət olunan bir ünvana çevirə bildik.

Bu gün də saytımızın şərh bölməsində oxucularımız “Qafqazinfo”nun inkişafına xidmət edəcək ən müxtəlif təkliflər irəli sürürlər ki, bunlar da diqqətdən kənarda qalmır. Demək olar ki, hər gün saytın adminləri tərəfindən müxtəlif xəbərlərə yazılan 1000-dən artıq şərh təsdiqlənir. Məhz bu form nəticəsində “Qafqazinfo” fərqliliyi qoruya bilir.

“Qafqazinfo” həm də bir istinad mədəniyyəti ortaya qoymaqla Azərbaycan mediasında böyük problemə çevirilmiş xəbər oğurluğu kimi mənfi tendensiyadan kənarda qala bildi. Əslində, xəbəri ilk mənbəyə istinad etməyin əksiklik yox, başucalığı kimi qəbul olunduğu bir kollektivin uğur qazanması təbiidir.

Dəyərli oxucular, bu gün “Qafqazinfo”da açıq statisika bölməsi fəaliyyət göstərir. Oxucuların 85-90 faizi Azərbaycanın,  yerdə qalanı digər ölkələrin payına düşür. Gündəlik 1 milyona qədər səhifə baxışı olur. Bu göstəricilər nəinki Azərbaycanda, eləcə də regionda az rast gəlinən faktlardan biridir. Biz düşünürük ki, uğur qazanmağımızın ən başlıca faktoru oxucu ilə hesablaşmağımızdır.

Bütün oxucularımızı təbrik edirik!