“Dördlər finalı”nın təqvimi bəlli oldu

dordler-finalinin-teqvimi-belli-oldu
Oxunma sayı: 1175


“Qafqazinfo” Apasport.az saytına istinadən xəbər verir ki, “Rabitə”nin ev sahibliyi edəcəyi həlledici mərhələ Türkiyə derbisi ilə başlayacaq.

 Belə ki, martın 15-də açılış qarşılaşması, saat 16:00-da yarışın son qalibi “Vakıfbank”la “Əczaçıbaşı” arasında olacaq. Ardınca meydana Azərbaycan çempionu çıxacaq. “Rabitə” saat 19:00-da start götürəcək oyunda Kazan “Dinamo”sunu sınağa çəkəcək.

 Ertəsi gün də matçlar eyni saatda təşkil olunacaq. Öncə bürünc mükafatçı, sonra çempion bilinəcək.