Dördotaqlı ev külə döndü

dordotaqli-ev-kule-dondu
Oxunma sayı: 731


“Qafqazinfo”nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya bildirilib ki, hadisə iyunun 27-də saat 19.30 radələrində rayonun Çayqırağı kənd sakini, 1938-ci il təvəllüdlü Mikayıl Əlinağı oğlu Hüseynova məxsus fərdi evdə qeydə alınıb.

Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 4 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 oaqlı kürsülü ev içindəki əşyalarla ilə birlikdə tamamilə yanaraq kül olub.

Yanğının başvermə səbəbləri həyata keçirilmiş ekspertizanın rəyindən sonra bəlli olaсaq.

Faktla bağlı araşdırma aparılır.