Dördüncü evliliyinə tələsmir... - Fotosessiya

dorduncu-evliliyine-telesmir
Oxunma sayı: 5951

Cenifer Lopez tok-şouların birində sevgilisi Kasper Smartla münasibətindən danışıb.

“Qafqazinfo” spletnik.ru-ya istinadən xəbər verir ki, müğənni yeni ili Mayamidə keçirdiklərini bildirib:

“Kasper işləyirdi, mən isə işləmədim. İki gün istirahət etmək istədim”.

Cenifer bildirib ki, yeni ildə sevgilisinə qara smokinq hədiyyə edib.

Tok-şounun aparıcısı Ceniferin hədiyyəsinin gözlənilən toya bir işarə oldub-olmadığını soruşub. Müğənninin isə cavabı “xeyr” olub:

“Xeyr, heç bir toy yoxdur. Ola bilsin ki, gələcəkdə ərə getdim".

Sənətçi vurğulayıb ki, möhtəşəm ağ libas və kilsədə baş tutacaq gözəl bir mərasim istəyir. Lakin ifaçı hələki tələsmək istəmədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Cenifer Lopez Smartla evlənərsə bu onun sayca 4-cü evliliyi olacaq.