Dördzolaqlı yolun bir hissəsi satılıb? - Fotolar

dordzolaqli-yolun-bir-hissesi-satilib
Oxunma sayı: 9025

“Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağını qəbiristanlıq ərazisinə satıblar və 180 yeni qəbir yeri hazırlamaq üçün işə başlayıblar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb. 

O iddia edir ki, həmin ərazi satılıb: “Bu ərazini kim satıb? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Suraxanı Rayon İcra Hakimiyyəti yoxsa, Xətai Rayon İcra Hakimiyyəti? Dövlətə məxsus yolu kim satıb insanları zülmə salıb, hər gün tıxacda qoyur?”

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bunları deyib: “Orada yol daralmayıb. Sözügedən ərazidə torpaq sürüşməsinin qarşısını almaq məqsədilə AAYDA tərəfindən istinad divarı inşa edilir. Onun da hesabına yol daralmır. 

Sadəcə olaraq betonlama işlərinə görə hazırda orada taxta konstruksiyalar quraşdırılıb. Konstruksiyalar götürüləndən sonra həmin küçənin də əsaslı təmiri tərəfimizdən nəzərdə tutulur. Yeni piyada səkilərinin inşası olacaq. Tam 4 hərəkət zolaqlı yol müasir görkəmdə istifadəyə veriləcək”.

Lamiyə Məmmədova