“Dortmund” Çində “Milan”ı məğlub etdi - Video

dortmund-cinde-milani-meglub-etdi
Oxunma sayı: 641

Çində Beynəlxalq Çempionlar Kuboku 2017-yə start verilib.

“Qafqazinfo” xəbər verir ki, turnirin ilk matçında “Borussiya Dortmund” və “Milan” qarşılaşıb.

Bir neçə ildən sonra Avrokuboklara vəsiqə qazanan “Milan” heyətini gücləndirmək üçün yeni transferlər edib. Lakin, heyətin tam hazır olmadığı “Borussiya Dortmund”la matçda hiss olunub.

Belə ki, Almaniya təmsilçisi rəqibini 3-1 məğlub edib və turnirə qələbə ilə başlayıb.

Qeyd edək ki, turnirdə “Bavariya”, “Arsenal”, “İnter” və “Lion” da iştirak edir.

“Milan” - “Borussiya Dortmund”  -  1:3

Qollar: 16 – Nuri Şahin (0:1), 20 – Obameyanq (pen, 0:2), 24 – Karlos Bakka (1:2), 62 – Obameyanq (1:3)