DOST koronovirusla mübarizə üçün 100 min manat ayırdı

dost-koronovirusla-mubarize-ucun-100-min-manat-ayirdi
Oxunma sayı: 1278

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərib. 

“Qafqazinfo” xəbər verir ki, DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürüb.

Qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi proflaktik və preventiv tədbirlər öz uğurlu nəticəsini verəcəkdir.