“Dostlar” serialının ulduzu vəfat etdi

dostlar-serialinin-ulduzu-vefat-etdi
Oxunma sayı: 1565

“Dostlar” serialında yaratdığı Qanter obrazı ilə populyarlıq qazanmış amerikalı aktyor Maykl Tayler dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo” “BBC News” telekanalına istinadən xəbər verir.

Məlumata görə, aktyor 59 yaşında Los-Ancelesdəki evində vəfat edib.

Tayler son üç ildə prostat vəzi xərçəngindən əziyyət çəkirdi.