• Nağd kredit rəsmiləşdirildikdə illik faiz dərəcəsində 5% endirim
• Nağd kredit rəsmiləşdirildikdə komissiyada 50% endirim
Qeyd. Komissiya haqqında endirim seçimi edildikdə, “Dostlar Klubu” bonusu endirim məbəği qədər azaldılır.
Banka iş yerindən arayış (maaş kartı hesabından rəsmi çıxarış və ya gəlirlərini təsdiq edən digər sənədlər) və şəxsiyyət vəsiqəsilə müraciət edən “Dostlar Klubu”-nun üzvləri bu endirimin birindən faydalana bilər.
"Dostlar klubu" – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik müştərilər üçün imtiyazlar təqdim edən klubdur.Kluba üzv olanlar xüsusi bonuslar əldə edərək sərfəli faizlə nağd kredit əldə edir,təcili hallar üçün ekspress kredit xəttindən faydalanır, pulsuz mobil telefon danışığı hüququndan istifadə edir və s.
“Bank of Baku” ilə əməkdaşlıq müddəti 12 aydan 35 aya qədər dövrü əhatə edən müştəriyə – Gümüş, 36-59 ay arası – Qızıl, 60 aydan artıq müddətli müştəriyə isə Brilliant kart təqdim edilir.
İki il öncə təsis edilən “Dostlar Klubu”-nda hazırda 160.000-dən çox “Bank of Baku”-nun müştərisi təmsil olunur. “Dostlar Klubu” Azərbaycanda sadiq müştərilər üçün ilk və yeganə imtiyazlar klubudur.
Son xəbərlər
Son Xəbərlər