“Dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik” - İsrail səfiri

dostlarimizla-birlikde-munaqise-qurbanlarini-yad-edirik
Oxunma sayı: 1103

“Bu gün - Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik”.

 “Qafqazinfo” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik öz tviter səhifəsində yazıb.

“Biz onların ailələrinə başsağlığı veririk. Biz Cənubi Qafqazda hamının ləyaqətli gələcəyini təmin edəcək sülh üçün dua edirik”, - deyə səfir qeyd edib.