Qazax rayonunda qətl hadisəsi baş verib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, rayon sakini 1994-cü il təvəllüdlü Əhməd Əhmədov həmkəndlisi 1986-cı il təvəllüdlü Hüseynov Zaur Vaqif oğluna 3 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Məlumata görə, Ə. Əhmədovun Z.Hüseynovun tanışı ilə münaqişəsi olub.
Zaur da onları barışdırmaq üçün bir yerə çağırıb. Söhbət zamanı onların mübahisəsi böyüyüb və Ə. Əhmədov barışdırıcı olmaq istəyən Z. Hüseynovu öldürüb. Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər