“Dostlarınıza güc, düşmənlərə qorxu verdiniz” - Ərdoğan

dostlariniza-guc-dusmenlere-qorxu-verdiniz
Oxunma sayı: 1946

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” hərbi təliminin iştirakçılarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb. 

““Bir millət, iki dövlət” anlayışı ilə bu təlimi uğurla həyata keçirdiniz. Siz dostlarınıza güc, düşmənlərə qorxu verdiniz. Çətin ərazi və hava şəraitində təşkil olunan təlim iki ölkə ordusunun daha da güclənməsinə öz töhfəsini verəcək. Biz Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımızı candan sevirik. Bu təlimlər də bizim çox yaxın olduğumuzu göstərib. Bizi bir-birimizdən heç kəs ayıra bilməz. İlham Əliyev qardaşımı göstərdiyi qardaşlıq, sevgiyə görə ürəkdən təbrik edirəm”, - deyə Ərdoğan qeyd edib.