Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında və Ə.Əmirov adına Mədəniyyət Sarayında Azərbaycan-Gürcüstan “Dostluq körpüsü” adlı konsert proqramı təqdim olunub.
"Qafqazinfo" xəbər verir ki, hər iki tədbir H. Abbasov adına Mədəniyyət evinin dəstəyi ilə təşkil edilib.
Dost ölkəni paytaxtımızda “Lileo”, müasir və bal rəqsləri studiyası “Mozaika”, uşaq vokal studiyası “Bzikebis studiya”, gürcü xalq rəqslərinin uşaq xoreoqrafiya ansamblı “Liaxvi” kollektivləri, “Rtoni”,”Mermisi”, “Lazieri”,”Binuli”, “Orioni” rəqs kollektivləri və ansamblları təmsil ediblər.
Tədbir zamanı “Azərbaycan qartalları”-“Rəngahəngi”, “Qazaxı”, “Lalələr” rəqs kollektivi-“Vağzalı”, “Yallı” və 4 nömrəli uşaq İncənəsət məktəbinin “Leyla” rəqs kollektivinin “Qarabağ inciləri”, “Şən Azərbaycan” rəqs nömrələri, “Gülən notlar” pop uşaq qrupu, “İdeal” rəqs kollektivi, “Meqas” qrupu, M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin "Fantaziya" skripkaçılar ansamblı, “AS” qrupunun çıxışları tamaşaçıların böyük marağına səbəb olub.
Azərbaycan-Gürcüstan “Dostluq körpüsü”ndə iştirak edən qardaş ölkələrinin bütün kollektivləri Diplom və hədiyyələr ilə təltif ediliblər.




Son xəbərlər
Son Xəbərlər