“Dostluq parkı”nda iməclik - Fotolar

dostluq-parkinda-imeclik
Oxunma sayı: 1748

Səbaildə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş iməclik keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iməclik “Şıx” ərazisindəki “Dostluq parkı”nda 500 nəfərin iştirakı ilə baş tutub.

Parkda 1000 ədəd Eldar şamı, zeytun və digər ağaclar əkilib, ərazi quru ot və digər tullantılardan təmizlənib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib.

Eyni zamanda rayonun istirahət parkları və bağlarında güllərdən müxtəlif kompozisiyalar hazırlanıb.