“Dostluq” yatağı ilə bağlı anlaşma təsdiqləndi

dostluq-yatagi-ile-bagli-anlasma-tesdiqlendi
Oxunma sayı: 1183

Azərbaycan Prezidenti İlham Əliyev “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.