Türkiyəli aktrisa Sinem Öztürkün evində oğurluq hadisəsi baş verib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Kiralık aşk” serialında Yasemin obrazını canlandıran aktrisa Yeni il gecəsi evində dostları ilə birlikdə parti təşkil edib. Gecədə onun 50 min lirəlik (təxminən 25 min manat) qızıl boyunbağısı oğurlanıb.
Aktrisa “Evdə sadəcə dostlarım olduğu üçün polisə şikayət etmədim. Allah həmin oğrunun bəlasını versin” deyə bildirib.




Son xəbərlər
Son Xəbərlər