Dostunu öldürən gənc apellyasiya şikayəti verdi

dostunu-olduren-genc-apellyasiya-sikayeti-verdi
Oxunma sayı: 770


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Y.Hüseynov ötən ilin sentyabrın 25-də “Ulduz” metrostansiyasının yaxınlığından dostu 1991-ci il təvəllüdlü Rahib Əkbərovun bud nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. R.Əkbərov kəskin qanaxma səbəbindən ölüb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yasin Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Məhkəmə baxışı mayın 21-nə təyin edilib.

Qeyd edək ki, uzun müddət bir evdə kirayə qalan və fəhləlik edən dostlardan Y.Hüseynov bir gün evdən çıxdığını və ayrı yerdə qalmaq istədiyini deyib. Buna görə R.Əkbərov dostuna “satqın” deyib. Bu söz də davaya və sonda ölümə səbəb olub.

Murad Əhməd