Dostunu ölürən 21 yaşlı gəncin məhkəmədə- - Etirafı

dostunu-oluren-21-yasli-gencin-mehkemede-
Oxunma sayı: 2212


“Qafqazinfo”nun verdiyi xəbərə görə, təqsirləndirilən 1994-cü il təvəllüdlü Zamin Məcidli ifadə verərəl qətldə özünü  təqsirli bilib.

Zamin Məcidli cinayəti etiraf edib. O, dostunu öldürdüyü bıçağı və Nurlan Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib. 

Onun anası Adilə Əzizova da ifadə verib. O, mərhumu tanıdığını, Nurlan Xudiyevin onlara bir neçə dəfə gəldiyini deyib. 

Qeyd edək ki, ötən ilin iyulun 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Zamin Məcidli həmyaşıdı Salyan rayon sakini Nurlan Xudiyevi bıçaqlayaraq öldürüb. 

Nurlan Xudiyev dostu olan Zamin Məcidlinin söyüb. Onun söyüşlərindən əsəbləşən Zamin Məcidli dostunu bıçaqlayaraq öldürüb. Zamin Məcidli və Nurlan Xudiyev hərbi xidmətdə də bir yerdə olublar. 

Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. 

Murad Əhməd