Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən dostunu ürəyindən bıçaqlamaqda təqsirləndirilən Elxan Əliyevin məhkəməsi başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 11-də davam etdiriləcək.
İttihama görə, 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum “Topaz”da külli miqdarda pul udduğu üçün dostu Elxana qonaqlıq verib. Bu məqsədlə onlar Nəsimi rayonunda yerləşən restoranların birində yeyib-içiblər. Həmin zaman dostlar arasında mübahisə yaranıb və Elxan bıçaqla Altürkün ürəyindən zərbə endirib. Xəstəxanaya yerləşdirilən A.Mazlumun həyatını xilas etmək mümkün olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər