"Qafqazinfo"nun xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Belə ki, Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 29,120.1; 67.1; 179.3.2; 128; 177.2.4 və 185.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Ağagül oğlu Məmmədova vətəndaş Rizvan Nizami oğlu Ramazanovun gətirdiyi sovqata baxış keçirilən zaman plastik smetan qabının içərisindən 1 ədəd mobil telefon ekranı və plastik dovğa qabının icərisindən xalis çəkisi 2.03 qram narkotik vasitə - “həşiş qətranı” aşkar edilərək götürülüb.
Həmçinin, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4; 29,120.2.4; 120.2.7 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Orxan Gəncəvi oğlu Kərimovun üzərinə baxış keçirilən zaman əynindəki köynəyin cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.
Faktlar üzrə araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər