“Dövlət adamı deyiləm ki, medal versinlər...”- - Ad günü təəssüratı

dovlet-adami-deyilem-ki-medal-versinler-
Oxunma sayı: 2182


S. Cəlaloğlu yubileylə bağlı təəssüratlarını “Qafqazinfo” ya açıqlayıb.  Partiya sədri qeyd edib ki,  60 yaş zirvədir:  “ Ordan baxanda  keçən ömrün bütün hissələrini görmək mümkündür. 20- 30 yaş zirvə olmur deyə, yaşanılan  ömrə baxa bilmirsən. Mən nəzərə salanda görürəm ki, arzuladığım, xəyalıma gətirdiyim adam kimi yaşamışam. Keçdiyim yoldan, əldə etdiyim nailiyyətlərdən, hər şeydən razıyam. Ömrümün böyük bir hissəsini xalqıma həsr etmişəm.  30 yaşında xalqımızın xeyrinə, mənafeyinə xidmət etmişəm.  Ömrümün böyük bir hissəsi fəlsəfə və elmi yaradıcılıqdan ibarət olub. Azərbaycan xalqının dünya elminə verə biləcəyi ən böyük töhfəni mən xalqımın adından vermişəm. Həm elmi, həm şəxsi həyatımda hər bir insanın maksimal dərəcədə edə biləcəklərindən bəlkə də daha artıq  şeylər etmişəm. Yaşadığım həyatdan peşmanlıq duymuram, əslində fəxr duyuram. Və bundan sonrakı ömrümü də bu cür davam etdirməyi arzu edirəm”.

Sərdar Cəlaloğlu ad gününü necə qeyd edəcəyindən də danışıb.

“Elə qeyd edirik də. Siz zəng etdiz, təbrik etdiz. Mən dövlət adamı deyiləm ki, yığılışaq bir zala, medal versinlər.  Bu gün saat 7- də 6 yaşlı nəvəm yuxudan durub məni təbrik edib. Bundan gözəl nə təbrik ola bilər?  Dostlarım, yaxınlarım zəng edib təbrik ediblər. Bu da mənim üçün  ən böyük qeyddir”.

Günel