Dövlət Agentliyinin hesabına köçürülən vəsaitlə bağlı - Qərar

Dövlət Agentliyinin hesabına köçürülən vəsaitlə bağlı
Oxunma sayı: 1989

Nazirlər Kabineti “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin Agentliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla, vəsait bu Qaydaya uyğun olaraq istifadə ediləcək.

Vəsait dövlətin mülkiyyəti hesab olunur, Agentliyin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.