Dövlət Agentliyinin PZR testi ilə bağlı tenderi ləğv edildi

dovlet-agentliyinin-pzr-testi-ile-bagli-tenderi-legv-edildi
Oxunma sayı: 2246

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində yarımavtomat PZR test dəstlərinin və onlara uyğun sərfiyyat mallarının satın alınması” ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, buna hazırkı yoluxma statistikasının dəyişməsi ilə əlaqədar testlərə ehtiyac olmaması səbəb göstərilib.

Qeyd edək ki, tender 18 fevral 2022-ci ildə elan edilmişdi.