“Dövlət başçısının tapşırığı əsasında partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib”

dovlet-bascisinin-tapsirigi-esasinda-partiya-rehberleri-ile-coxsayli-gorusler-kecirilib
Oxunma sayı: 1270

Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər. Çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini deyib:

"Dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

9 sentyabr tarixli 45 siyasi partiyanın iştirakı ilə keçirilmiş görüşdə aparılan müzakirələrdə çıxış edənlər dövlətimizin başçısının ölkədə formalaşdırdığı yeni siyasi konfiqurasiyanın davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında əhəmiyyətini, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə olunmuş Zəfərin Azərbaycan tarixində ən əlamətdar hadisə kimi yerini xüsusi qeyd etdiklərini, işğaldan azad olunmuş ərazilərə dövlət başçısının səfərləri, bu şəhər və kəndlərdə yüksək sürətlə həyata keçirilən bərpa-quruculuq işləri, yolların salınması, elektrik stansiyalarının, aeroportların tikilməsi, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi mədəni tədbirlərin təşkil olunmasını yüksək qiymətləndiriblər".