Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ölkənin yerli istehsalı olan “Turkovac” ilə koronavirusa qarşı peyvənd olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Baxçalı öz rəsmi tviter hesabında paylaşıb.
O, Türkiyə xalqını “Turkovac” ilə koronavirusa qarşı peyvənd olunmağa dəvət edib.
Xatırladaq ki, “Turkovac” peyvəndi üçün təcili istifadə icazəsi verilib və 2021-ci il dekabrın 22-dən kütləvi istehsalına başlanılıb.

Son xəbərlər
Son Xəbərlər