Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaz imtahan sessiyası başlayıb. Bu il ilk dəfə olaraq imtahanlar mərkəz serverləri Almanyada yerləşən "Online University" proqrami vasitəsilə elektron formada keçirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, iyul ayının 7-nə qədər davam edəcək imtahanlarda tələbələr özlərinə məxsus loqin və parollardan istifadə edərək şəxsi tələbə səhifəsinə daxil olur və daha sonra səhifədə aktiv olan imtahan hissəsinə keçid edərək sualları cavablandırırlar. İmtahanlar kompüterlə təchiz edilmiş xüsusi otaqlarda 45 dəqiqə ərzində davam edir. Eyni vaxtda 3 nəzarətçinin müşayiətində təxminən 90-na yaxın tələbə imtahanlarda iştirak edirlər.
İmtahanların texniki məsələləri ilə məşğul olan Akademiyanın İKT şöbəsinin müdiri Şaiq Məmmədli keçən günlər ərzində ciddi bir problem yaşamadıqlarını və tələbələrin yeni sistemə rahat bir şəkildə adaptasiya olduğunu bildirib.
İmtahanlarda iştirak edən I kurs tələbəsi Rafael Quliyev yeni sistemin tətbiq edilməsini sevindirici bir hal kimi qiymətlənirib.
Son xəbərlər
Son Xəbərlər