“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir

dovlet-borcu-haqqinda-qanuna-deyisiklik-edilir
Oxunma sayı: 1200

“Dövlət borcu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən, “Dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu” anlayışı “hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu” ilə əvəzlənir.

Bundan əlavə, Dövlət borcu və öhdəliklərinin Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.

Günel Türksoy