Dövlət çevrilişində ittiham olunan 236 nəfərə bəraət

dovlet-cevrilisinde-ittiham-olunan-236-nefere-beraet-
Oxunma sayı: 1163


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bəraət almışlar arasında sabiq yüksək rütbəli hərbçilər, siyasətçilər və jurnalistlərin adı var. 

Antalyanın 4-cü ağır cinayətlər məhkəməsi istintaqa cəlb olunanların günahlarının sübuta yetirilmədiyini, əvvəl təqdim olunan dəlil-sübutların hökm çıxarmaq üçün kifayət etmədiyini qərara alıb.

 Xatırladaq ki, "Balyoz" işi üzrə hökm 2012-ci ildə verilmişdi. Məhkəmə prosesində  ümumilikdə 365 nəfər keçib, onlardan 250 nəfəri həbs edilmişdi.