Dövlət Dəniz Agentliyi Prezidentin çağırışına dəstək verdi

dovlet-deniz-agentliyi-prezidentin-cagirisina-destek-verdi
Oxunma sayı: 2040

Dövlət Dəniz Agentliyi də Prezidentin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə göndərib.

"Qafqazinfo" xəbər verir ki, Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Dövlət Dəniz Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat məbləğində vəsait köçürüb.