Dövlət Dəniz Agentliyində şəhidlərin xatirəsi yad edilib

dovlet-deniz-agentliyinde-sehidlerin-xatiresi-yad-edilib
Oxunma sayı: 869

Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi zamanı həlak olmuş şəhidlərimizə ehtiram göstərilməsi məqsədilə bu gün Dövlət Dəniz Agentliyində Dövlət bayrağı yarıya qədər endirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhidlərin əziz xatirəsi Dövlət Dəniz Agentliyinin kollektivi tərəfindən sayğı duruşu ilə anılıb. Saat 12:00 -da Bakı buxtasındakı gəmilər, fasiləsiz səs siqnalı ilə şəhidlərin xatirəsini yad edib.